MUZEY

Azərbaycan Udi Ocağı” 

“Azərbaycan Udi Ocağı” tarixi etnoqrafik park muzeyi Böyük Qafqazın cənub yamacının mənzərəli düzənliyində, Qəbələ rayonunun Nic kəndinin Qocabəyli məhəlləsində yerləşir. Üç hektardan artıq ərazidə yerləşən açıq səma altında bu park muzey udi xalqının mədəniyyətini, ənənələrini, məişətini və yaşayış tərzini əks etdirən simvolik bir etnoqrafik kənddir. Park muzey ekspozisiya şəklinda bir neçə etnografik sahələrə bölünür: 

XVII əsr tikilisi olan ev-muzey 

 Bu tikili, XVII əsrin sonunda Nic kəndinin Qocabəyli məhəlləsi ərazisində 
 çiy kərpicdən olan daş təməl üzərində taxtadan qurulmuş Udi evidir. Bu ev qədimdə Qanqalovlar ailəsinə məxsus olmuşdur. Udi evləri çay daşlarının təməlində çiy kərpicdən hazırlanan bir və ya ikimərtəbəli taxta tikililərdir. Bu tip evlərin inkişafnın səbəbi təbii şərait olmuşdur (yüksək rütübət, bol yağıntılar)

Evlərin çardaqları toxunmuş fındıq çubuqlarından hazırlanmışdır. Evin quruluşu yataq otağı, tövbə və dualar otağı va sair otaqlardan ibarətdir. Bütün ailə yataqda və ya taxta döşəmələrdə (taxtlarda) yatırdılar. Uşaqları da burada əzizləyib böyüdürdülər; Burada yataq otağının interyerini va eyni zamanda uşağın rahat yuxuya getməsi üçün beşiyin qədim analoqunu görmək mümkundür.
Digər otaqlarda udi ailəsinin məişətina aid eksponatları (tikiş maşını arxasında evdar qadın, dəllək usta va s.) da görmək mümkündür Tövbə və dualar otağında isə udi xalqının dininə maxsus müxtəlif aşyalar mövcuddur.

Evin içinda va həyatında Qafqaz albanlarının birbaşa varisləri olan udilərin hayatına aid müxtəlif ev aşyaları, ev bəzəkləri, ənənəvi tikmələr, fotoşəkillər, sənədlər, kitablar, qədim paltar və geyimlər, mebel, ləvazimatlar, müxtalif dizaynlı arabalar, təkərlər, kotanlar va digər eksponatlar mövcuddur. 

Muzeyin önəmli “eksponatlarından” biri, qədim ənənələrə malik olan Udi xalqına məxsus evin giriş kartı kimi görünən “Giriş darvazası”dır

Digər tikililər (evlər) 

Hayatyanı sahədə orijinal tikilili iki qonaq evi vardır. Evlərin quruluşu və interyeri udi xalqının qonaqpərvərliyini əks etdirən müxtəlif aşyalarla zəngindir. Ev eyvanından Boyük Qafqazın cənub yamacına, müasir kənd evlərinə və məhəllələrinə gözəl mənzərə açılır

 

Məişət və təsərrufat. 

Çörək bişirmə üçün tikili (iki təndir), şərəbçılıq və araqçəkmə üçün yay tikilisi, həyatyanı sahədən meyvə və tərəvəzin konservləşdirilməsi üçün xüsusi otaq, tütünün qurudulması (tütünçülük) və ipək qurdun baramasının (baramaçılıq) bəslənməsi üçün çardaq otağı udi ailəsinin məişət-təsərrufat sahəsini əks etdirir. Burada üzümün preslanması və sıxılması üçün böyük daş quyusunu, şarabçılıq və araqçəkmə üçün lazım olan ləvazimat və əşyaları, təsərrüfat inventarlarını, əl ilə xalça toxumaq dəzgahını və digər məişət və təsərrüfat ləvazimatlarını görmək mümkündür. Məhəccər üstündə əl işi olan xalça qurudulur. Şərabçılıq tikililərin damı kirəmitlə ortülmüş taxtadan hazırlanmışdır

 

Həyətyanı sahə. 
300-dan çox fındıq ağacı və digər meyvə ağacları olan bağ, balıqla zəngin tabii göl, kiçik arxlı bulaq (kənd quyusu), şərab zirzəmisi, taxtadan qurulmuş istirahət guşələri, çəllək tipli taxtadan orijinal istirahət mini otaqlar muzeyin hayatına xüsusi bir gözəllik verir. Həyət mərkəzində ocaq, udilərin çətin taleyi kimi qəribə və gözəl şəkildə toxunmuş daş oymalar, relyeflər ilə zəngin başdaşıları kolleksiyası vardır. Muzeyin ümumi kolleksiyası hal-hazırda iki mindən çox eksponatı əhatə edir.
Azərbaycanda müstəqillik əldə ediləndən sonra Nic kəndində (Udilərin kompakt şəkilda yaşayış yerlari) müasir məktəbin açılışı, müqəddəs Yelisey “Cotari” kilsəsinin bərpası və eləcə də kəndin infrastrukturun yaxşılaşdırılması həyata keçirilmişdir. Çoxmillətli Azərbaycan xalqının tolerantlığı və tarixən yaranmış çoxmədəniyyətli mühit, respublikanın bütün xalqlarının, o cümlədən udilərin mədəni və mənavi inkişafı üçün şərait yaratmışdır. Son illər ərzində kənd ərazisində dini və dünyavi xarakterli çoxsaylı tədbirlər, konfranslar və forumlar keçirilmişdir. Muzey 2017-ci ilin əvvəlində azərbaycanlı arxitektor, rəssam YUNESCO-nun memarlar ittifaqının həqiqi üzvü Şahvələd Məmmədov tərəfindən təsis edilmişdir. Udilərin məisət və həyat etnoqrafiyasının bərpasına ekspert dəstəyi Bakı Dövlət Universitetinin böyük elmi işçisi Alban-Udi xristian icmasının rəhbəri Robert Mobili tərəfindən göstərilmişdir.